
Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü baş tutub.
QanunTV.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanıb.
Dövlət başçıları bütün istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsindən məmnunluq ifadə ediblər.
Söhbət zamanı Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğu xüsusi qeyd edilib.
Görüşdə, həmçinin regional sülh və sabitliyin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezidentlər Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin perspektivlərini, regional gündəmi və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.







