
Bu gün Misli Premyer Liqasının VIII turu çərçivəsində iki oyun keçiriləcək.
Qanuntv.az xəbər verir ki, günün ilk qarşılaşmasında saat 16:00-da “Qəbələ” doğma meydanda “Sabah”ı qəbul edəcək.
Turun mərkəzi oyunu isə saat 19:00-da başlayacaq. Azərbaycan futbolunun iki köklü klubu “Qarabağ” və “Neftçi” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər.





