
Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edildiyi bildirilir.
Qanuntv.az xəbər verir ki, hadisə bir qrup şəxsin məktəbin xarici divarına ekstremist şüarlar yazmağı planlaşdırdığı zaman baş verib.
Məlumata görə, həmin şəxslərlə məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib və təxminən 10 nəfərin mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirdiyi bildirilir.
Baş nahiyəsindən xəsarət alan mühafizəçi şəhər xəstəxanalarından birinə çatdırılıb. Onun əməliyyat olunduğu qeyd edilir.
Hadisənin digər təfərrüatları barədə hələlik əlavə məlumat verilməyib.
Qanuntv.az





