
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyinə yeni rəhbər təyin olunub.
QanunTV.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.
Sərəncama əsasən, Abbas Zaman oğlu Muxtar-zadə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Bəxtiyar Əsgərov daimi nümayəndəliyin rəhbəri vəzifəsindən azad olunub. Bu barədə qərar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə qəbul edilib.
Bəxtiyar Əsgərovun vəzifədən azad edilməsindən sonra nümayəndəlikdə yoxlamalara başlanılıb.





