
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir.
Qanuntv.az xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrlərə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxananın baş həkimi Arzu Bəndəliyeva və Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva vəzifələrindən azad ediliblər.
Məlumata görə, Arzu Bəndəliyeva Sumqayıt Şəhər 1 nömrəli Xəstəxananın Uşaq Poliklinikasına şöbə müdiri təyin olunub.
Dilbər Quliyevanın isə tutduğu vəzifədən azad edilməsindən sonra Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə hələlik yeni təyinat həyata keçirilməyib.
Qeyd edək ki, bundan əvvəl TƏBİB-in müvafiq əmrləri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanası, Şəki və Şirvan Rayon Mərkəzi Xəstəxanalarının direktorları da vəzifələrindən azad ediliblər.
Qanuntv.az





