
İranda ABŞ-nin mümkün hücumlarından müdafiə məqsədilə “Özünü fəda edənlər” kampaniyası çərçivəsində mindən çox könüllü batalyonunun yaradılması planlaşdırılır.
Qanuntv.az xəbər verir ki, bu barədə kampaniyanın qərargahı məlumat yayıb.
Bildirilib ki, İranın hər bir vətəndaşı kampaniyada iştirak edə və ölkənin müdafiəsi üçün könüllü kimi qeydiyyatdan keçə bilər. Müraciətlərin sayının çox olması nəzərə alınaraq, mindən çox könüllü batalyonunun yaradılması qərara alınıb.
Qeyd olunur ki, sentyabrın 15-dən etibarən qeydiyyatdan keçmiş könüllülər hərbi hazırlıq və ilkin tibbi yardım üzrə təlimlərə cəlb edilə bilərlər.
Kampaniyanın təşkilatçılarının yaydığı məlumata əsasən, indiyədək 31,5 milyondan çox müraciət daxil olub.




