
Xalq artisti, tanınmış diktor Ofeliya Sənani bir neçə gün əvvəl evində yıxılaraq xəsarət alıb.
Qanuntv.az xəbər verir ki, Ofeliya Sənani evinin balkonunda olarkən təzyiqinin yüksəldiyini, başının gicəlləndiyini və qəfil yıxıldığını bildirib.
Onun sözlərinə görə, yıxılma nəticəsində qolu əzilib və göyərib. Hazırda qolunu hərəkət etdirməkdə çətinlik çəkir.
“Halım çox pisdir, uzanıram, tərpənə bilmirəm. Yaxşı ki, küçədə yıxılmadım. Necə oldu, özüm də bilmədim”, – deyə xalq artisti bildirib.
Ofeliya Sənani qolunda sınıq olmadığını, lakin ağrıların davam etdiyini qeyd edib. Hazırda evdə dincələn xalq artisti həkimə müraciət etməyib.





