
Yaponiyada keçirilən yerli atletika çempionatında kütləvi qida zəhərlənməsi hadisəsi baş verib.
QanunTV.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Kioto şəhərində keçirilən atletika çempionatı zamanı baş verib. Zəhərlənmə əlamətləri müşahidə olunan ən azı 28 nəfər xəstəxanaya yerləşdirilib.
Məlumata görə, xəstəxanaya aparılanların hamısı yarışın təşkilində çalışan şəxslər və texniki heyətin üzvləridir.
İlkin ehtimala əsasən, onların yarış zamanı verilən nahar qutularındakı yeməklərdən zəhərləndiyi düşünülür.
Hadisənin idmançılara və tamaşaçılara təsir etmədiyi bildirilib.
Hazırda kütləvi zəhərlənmənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.





