
Hacıqabul rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun Qarasu kəndində qeydə alınıb.
42 yaşlı Davud Məmmədovu ərazidə yerləşən transformatorda yüksək gərginlikli elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində həyatını itirib.
Qeyd edək ki, D.Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışıb.
Faktla bağlı araşdırma aparılır.
Qanuntv.az





