
Ölkənin ilk ödəniş terminalı şəbəkəsi olan “Milliön” terminallarının sayı 6500-ə çatıb.
Qanuntv.az xəbər verir ki, “Milliön” 6500 terminal vasitəsilə xidmətlərini ölkənin daha çox bölgəsində və müxtəlif məntəqələrində istifadəçilər üçün əlçatan edib.
Terminallar vasitəsilə kommunal xidmətlər, internet, mobil rabitə və yüzlərlə digər ödənişi günün 24 saatı, həftənin 7 günü həyata keçirmək mümkündür.
Bundan əlavə, ölkənin əksər bankları üzrə ödəniş və bank kartlarına mədaxil əməliyyatlarının komissiyasız həyata keçirildiyi bildirilir.
Beləliklə, “Milliön” 6500 terminal ilə Azərbaycanın ən geniş ödəniş terminalı şəbəkəsinə malik platformalardan biri kimi fəaliyyətini davam etdirir.





