
İyulun 14-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar təşkil olunub.
Qanuntv.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Bildirilib ki, rəsmi nahar zamanı qonaqlara Azərbaycan və Slovakiya musiqilərindən ibarət zəngin konsert proqramı təqdim edilib.
Qeyd edək ki, Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana səfəri iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.






