
İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
QanunTV.az xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun 12-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, “Mercedes E-240” markalı, 99-KF-281 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb və yanıb.
Qəza nəticəsində sürücü, 33 yaşlı İlkin Abdullazadə müxtəlif dərəcəli xəsarətlər alıb. Avtomobildə sərnişin olan 31 yaşlı Münəvvər Abdullazadə isə hadisə nəticəsində həyatını itirib.
Meyit və yaralı ətrafdakıların köməyi ilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.





