
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədri müəyyənləşib.
Qanuntv.az xəbər verir ki, keçirilən səsvermənin nəticələrinə əsasən, Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.
Səsvermə bu gün Nizami Kino Mərkəzində keçirilən konfrans çərçivəsində baş tutub.
Qeyd edək ki, AKİ-nin əvvəlki sədri, Xalq artisti Rasim Balayevin vəfatından sonra qurumun sədr səlahiyyətlərini Şəfiqə Məmmədova icra edirdi.
Bundan əvvəl AKİ katibi Əli İsa Cabbarovun sədrliyə namizədliyi irəli sürülmüşdü. Lakin Ə.Cabbarov ötən ay namizədliyini geri götürdüyünü və vəzifəsindən ayrılmaq üçün ərizə təqdim etdiyini açıqlamışdı. Bildirilmişdi ki, onun ərizəsinə yeni sədr seçildikdən sonra baxılacaq.
Beləliklə, Şəfiqə Məmmədovanın sədr seçilməsi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqında yeni idarəçilik mərhələsi başlayıb.





