
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor və ssenarist Yefim Abramov vəfat edib.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Yefim Abramov 14 avqust 1948-ci ildə Bakıda anadan olub. O, 1980-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib və 1980–1990-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor kimi fəaliyyət göstərib.
Rejissor “Qorxma, mən səninləyəm” (1981), “Qocalar, qocalar” (1982), “Araqarışdıran” (1987) və “Lətifə” (1989) kimi filmlərə quruluş verib.
Allah rəhmət eləsin!





