
Kənd təsərrüfatı naziri Məcnun Məmmədova yeni müşavir təyin edilib.
Qanuntv.az xəbər verir ki, bununla bağlı nazir tərəfindən müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Ayaz Museyibov kənd təsərrüfatı nazirinin müşaviri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Ayaz Museyibov bu təyinata qədər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov ötən gün Ramil Əzməmmədovu da özünə müşavir təyin edib.





