
Pakistanın Baş naziri Şahbaz Şərif oktyabr ayında Azərbaycana səfər edəcək.
Qanuntv.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib.
Diplomat qeyd edib ki, Şahbaz Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitində iştirak etmək məqsədilə Azərbaycana gələcək.
Qeyd edək ki, AQEM-in VII Sammitinin oktyabr ayının ortalarında Bakıda keçirilməsi planlaşdırılır.
Səfərin Azərbaycan-Pakistan münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyacağı gözlənilir.





