
Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı baş verib.
Hadisə zamanı 2005-ci il təvəllüdlü, Tərtər rayon sakini Sərxan Bəxtiyar oğlu Rüstəmzadə minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən at piyada əleyhinə minaya düşüb.
Nəticədə S.Rüstəmzadə yüngül xəsarət alıb. O, ANAMA əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Qanuntv.az





