
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. İlkin məlumata görə, Nihad Ramil oğlu Cəfərov üzərində gəzdirdiyi bıçaqla Ruzi Elvin oğlu Bayramova bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib.
Hadisə ilə bağlı polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində N.Cəfərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, hazırda hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.





