
Azərbaycan I Liqasında mübarizə aparan “Xankəndi” futbol klubunda yeni məşqçi təyinatı həyata keçirilib.
Qanuntv.az xəbər verir ki, UEFA B kateqoriyalı mütəxəssis Ruzi Qiyaslı “Xankəndi”nin məşqçilər korpusuna daxil olub.
Ruzi Qiyaslı bölgə təmsilçisində qapıçılar üzrə məşqçi vəzifəsində fəaliyyət göstərəcək.
Klub rəhbərliyi ilə mütəxəssis arasında birillik müqavilə imzalanıb.
Yeni məşqçinin komandaya faydalı olacağı və qapıçıların hazırlıq prosesinə mühüm töhfə verəcəyi gözlənilir.





