
Bakıda inşa olunan yeni metro stansiyasına “20 Sentyabr” adı veriləcək.
Qanuntv.az xəbər verir ki, bununla bağlı qərarı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzalayıb.
Qərara əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması nəzərə alınaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyasına “20 Sentyabr” adı verilib.
Qərardan irəli gələn məsələlərin həlli Bakı Şəhər İcra Hakimiyyətinə və “Bakı Metropoliteni” QSC-yə tapşırılıb.





