
Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən futbolçunun cərrahi əməliyyatı uğurla başa çatıb.
Klubdan verilən məlumata görə, avqustun 13-də keçirilən görüş zamanı zədə alan Elvin Cəfərquliyevin sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin (m. semitendinosus) distal vətərində zədələnmə müəyyən edilib.
Futbolçu məhz həmin zədəyə görə cərrahi əməliyyata məruz qalıb.
Hazırda Elvin Cəfərquliyevin müalicə və bərpa prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir.
Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı dəqiq müddət isə bərpa prosesinin gedişindən asılı olacaq.





