
İranın Ali Rəhbəri Müctəba Xamenei “Vəhdət həftəsi” münasibətilə Fars körfəzi ölkələrinə müraciət edib.
Qanuntv.az xəbər verir ki, Xamenei müraciətində Fars körfəzi ölkələrini əsl düşməni müəyyənləşdirməyə və onların hiyləgər planlarına uymamağa çağırıb.
O bildirib ki, İslam və onun ardıcılları çətin və mürəkkəb mərhələlərdən keçərək, bir sıra sarsıntıları geridə qoyub taleyüklü və həlledici bir mərhələyə çatıb.
Xamenei ABŞ və İsrailin timsalında olan qüvvələrin “İslam ümmətini parçalamağa” çalışdığını vurğulayıb.
İranın Ali Rəhbərinin sözlərinə görə, həqiqətin yalan üzərində yekun qələbəsinin perspektivləri hazırda heç vaxt olmadığı qədər yaxındır.





