
Ciddə-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlərin çamadanlarından gömrük orqanına bəyan edilməyən 54 ədəd “Apple” markalı saat və 15 ədəd “iPad” planşet aşkarlanıb.
QanunTV.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısı alınıb.
Belə ki, Ciddə-Bakı aviareysi ilə ölkəyə gələn Azərbaycan vətəndaşlarının əl yüklərinə gömrük yoxlaması tətbiq olunub.
Yoxlama zamanı iki şəxsə məxsus üç çamadandan gömrük orqanına bəyan edilməyən 54 ədəd “Apple” markalı saat və 15 ədəd “iPad” markalı planşet aşkar edilib.
Hər iki şəxs çamadanları Bakıda təhvil vermək məqsədilə xarici ölkənin hava limanında götürdüklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.





