
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı məktubu ünvanlayıb.
Qanuntv.az xəbər verir ki, Prezident İlham Əliyev Girnə yaxınlığında baş verən gəmi qəzası nəticəsində insanların həlak olması ilə bağlı Tufan Erhürmana başsağlığı verib.
Məktubda deyilir:
«“Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.»
«Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.»





