
Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyada çoxsaylı insan tələfatına səbəb olan faciəvi dəmir yolu qəzası ilə əlaqədar bu ölkəyə başsağlığı verib.
Qanuntv.az xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.
“İspaniyada baş vermiş faciəvi dəmir yolu qəzası bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də İspaniya hökumətinə və xalqına səmimi başsağlığımızı bildiririk. Bu faciədən zərər çəkən hər kəsə mənəvi dəstəyimizi ifadə edirik. Xəsarət alanların tezliklə və tam sağalmasını arzulayırıq”, – deyə paylaşımda qeyd olunub.





