
Avtomobil hərəkətdə olarkən mobil telefonu əlində saxlayaraq istifadə edən sürücülər kameralardan istifadə edilməklə də aşkarlana biləcəklər.
Qanuntv.az xəbər verir ki, bu qaydanı pozan sürücülər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək və onlar cərimələnəcəklər.
Sürücülərə hərəkət zamanı diqqəti yayındıran vasitələrdən istifadə etməmək, yol hərəkəti qaydalarına əməl etmək və özlərinin, eləcə də digər hərəkət iştirakçılarının təhlükəsizliyini qorumaq tövsiyə olunur.





