
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “WhatsApp” və “WhatsApp Business” hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə əlaqədar istifadəçilərə xəbərdarlıq edib.
Qanuntv.az xəbər verir ki, agentlik vətəndaşlara hesablarının təhlükəsizliyini təmin etmək üçün bir sıra tədbirlər görməyi tövsiyə edib.
İstifadəçilərə tətbiqin “Bağlı cihazlar” bölməsini yoxlamaq, tanımadıqları cihazlardan hesabdan çıxış etmək və ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək tövsiyə olunur.
Qeyd edək ki, bu təhlükəsizlik tədbirləri hesabların icazəsiz girişlərdən qorunmasına və kiberdələduzluq riskinin azaldılmasına kömək edir.





