
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində sayca altıncı “Məzun Günü” keçirilib.
Bu tədris dalğası çərçivəsində 100 nəfər yeni kibertəhlükəsizlik mütəxəssisi hazırlanaraq məzun olub.
Tədbirin açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İsrailin Azərbaycandakı səfiri Ronen Kraus, “Technion” Texnologiya İnstitutunun Davamlı Təhsil Mərkəzinin direktoru Moti Yeger, eləcə də “PAŞA Holding”in nümayəndəsi Tuğra Musayeva çıxış ediblər.
Çıxışlarda kibertəhlükəsizlik sahəsində kadr hazırlığının əhəmiyyəti, beynəlxalq əməkdaşlığın rolu və rəqəmsal transformasiya prosesində peşəkar mütəxəssislərin yetişdirilməsinin vacibliyi vurğulanıb.
İştirakçılar Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ölkədə bu sahənin inkişafına töhfə verdiyini qeyd ediblər.








