
Rusiyanın Vladiqafqaz şəhərində pop-MMA döyüşçüsü İbrahim İslamova silahlı hücum edilib. Ağır yaralanan idmançı xəstəxanaya yerləşdirilib.
Qanuntv.az xəbər verir ki, hadisə oktyabrın 18-də baş verib. İlkin məlumatlara görə, İbrahim İslamovla bir qrup şəxs arasında yaranan mübahisə davaya çevrilib. Münaqişə zamanı iştirakçılardan biri silahdan atəş açıb.
Hadisə nəticəsində İbrahim İslamov və daha bir nəfər yaralanıb. İdmançı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Məlumatlara görə, güllələrdən biri döyüşçünün alnına dəyib. İslamov əməliyyat olunub, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Münaqişədə iştirak edən şəxslərin müəyyənləşdirilməsi və hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması istiqamətində tədbirlər görülür.





