
Donald Tramp administrasiyası Barbara Tornhilli ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizə və monitorinq üzrə xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin edib.
Qanuntv.az xəbər verir ki, Barbara Tornhill yeni vəzifəsində insan alverinin qarşısının alınması, bu cinayətin qurbanlarının müdafiəsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində beynəlxalq səylərin əlaqələndirilməsində iştirak edəcək.
Onun vəzifə öhdəliklərinə digər ölkələrin insan alverinə qarşı mübarizə sahəsində həyata keçirdiyi siyasətin qiymətləndirilməsi, eləcə də xarici tərəfdaşlar və müvafiq qurumlarla əməkdaşlığın inkişaf etdirilməsi daxildir.
Bu vəzifə çərçivəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, insan alverinə qarşı mübarizə tədbirlərinin əlaqələndirilməsi və zərərçəkənlərin hüquqlarının müdafiəsi əsas istiqamətlərdən olacaq.
Qanuntv.az





