
Azərbaycanda ürək transplantasiyası əməliyyatı keçirən gənc Rəşad Məmmədəliyev vəfat edib.
Qanuntv.az xəbər verir ki, Rəşad Məmmədəliyevin Kürdəmir rayonunda nahar etdikdən sonra qəfil halı pisləşib və o, dünyasını dəyişib.
Qeyd edək ki, Rəşad Məmmədəliyev 2025-ci il oktyabrın 31-də Mərkəzi Klinikada Azərbaycanda ilk dəfə meyit donorundan ürək köçürülən pasiyent olub.
Yaxınlarının sözlərinə görə, gəncin gələcəklə bağlı böyük planları var idi. O, sağaldıqdan sonra ailə qurmağı planlaşdırırdı. Toyunun gələn il olması nəzərdə tutulurdu.
Hadisənin səbəbləri ilə bağlı ətraflı məlumat verilməyib.





