
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev beynəlxalq arenada növbəti uğuruna imza atıb.
QanunTV.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, milli komandanın üzvü Macarıstanda keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.
Rəşid Məmmədəliyev final görüşündə İsveç təmsilçisi Narek Vardanyanı məğlub edərək qızıl medal qazanıb.
Bu nəticə ilə Azərbaycan cüdoçusu turnirdə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.





