
Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.
Qanuntv.az xəbər verir ki, həlledici qarşılaşmalarda rəmzi ilk gedişi Gənclər və İdman naziri Fərid Qayıbov edib.
Finalda ölkənin reytinq favoriti, tanınmış qrossmeyster Şəhriyar Məmmədyarov ilə gənc şahmatçı Məhəmməd Muradlı üz-üzə gəlib. İlk oyundan sonra taleyüklü cavab qarşılaşması həlledici olub.
Ağ fiqurlarla çıxış edən Məhəmməd Muradlı gərgin və prinsipial mübarizə şəraitində qalib gəlib. İki oyunun yekun nəticəsinə əsasən 1,5:0,5 hesabı ilə üstün olan Muradlı Azərbaycan çempionu tituluna yiyələnib.
Bununla da Şəhriyar Məmmədyarov ardıcıl ikinci il finalda məğlub olaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, çempionat çərçivəsində digər görüşlər hazırda davam edir.












