
Sumqayıt şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb.
Qanuntv.az xəbər verir ki, Hadisə zamanı 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən onu qatar vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.
Məlumata görə, qonşuların sözlərinə əsasən, Ruslan Məmmədxanov iki azyaşlı uşaq atası olub.
Şahidlərin bildirdiyinə görə, hadisədən əvvəl qatarın maşinisti səs siqnalından istifadə edib. Lakin görülən tədbir faciənin qarşısını almağa kifayət etməyib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Hadisənin bütün təfərrüatları araşdırma nəticəsində məlum olacaq.




