
ABŞ Prezidenti Donald Tramp İranla müharibədə dönüş mərhələsinə yaxınlaşdığını və yaxın vaxtlarda bu barədə mühüm qərar elan etmək niyyətində olduğunu bildirib.
Qanuntv.az xəbər verir ki, Tramp bu barədə “Axios” portalına müsahibəsində danışıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti münaqişəyə son qoymaq məqsədilə İran ərazisinə kütləvi zərbələrin bərpası ilə bağlı qərarın gündəmdə olduğu bir mərhələyə yaxınlaşıldığını bildirib.
Tramp qeyd edib ki, İran ərazisinə qoşun yeridilməsi və hərbi əməliyyatların genişləndirilməsi ilə bağlı mühüm qərar verməlidir.
“Bu, çox vacib qərardır. Mənimlə hər şey baş verə bilər”, – deyə ABŞ Prezidenti bildirib.





