
Sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb.
Qanuntv.az xəbər verir ki, görüş zamanı Məhəmməd Əbdülsalam “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını dövlət başçısına təqdim edib.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması istiqamətində göstərdiyi səylərə görə 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb.
Mükafatın şərtlərinə əsasən, Azərbaycan Prezidentinə 500 min ABŞ dolları məbləğində pul mükafatı təqdim olunur.
Prezident İlham Əliyev mükafat çərçivəsində nəzərdə tutulan 500 min ABŞ dollarının tam şəkildə Qarabağ Dirçəliş Fonduna köçürülməsi barədə qərar qəbul edib.





