
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb. Görüş zamanı baş katib Azərbaycana səfərlərini və dövlət başçısı ilə əvvəlki görüşlərini xatırlayaraq, Prezident İlham Əliyevi **“Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunması münasibətilə təbrik edib.
Prezident İlham Əliyev isə təşəkkürünü bildirərək Zayed Fondunun fəaliyyətini yüksək qiymətləndirib. O, BƏƏ-nin qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar və ümumbəşəri dəyərlərin yayılmasındakı rolunu xüsusilə vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Prezidentinin bu mükafata layiq görülməsi Roma Papası XIV Leon və Əl-Əzhər Şeyxi, böyük imam Əhməd Əl-Tayyib tərəfindən sülh və insan qardaşlığı sahəsindəki fəaliyyətinin yüksək qiymətləndirilməsi kimi də qiymətləndirilir.
Görüş Əbu-Dabidə davam edən rəsmi səfər çərçivəsində baş tutub və iki ölkə arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsinə xidmət edir.





