
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü keçirilib.
Görüş zamanı Azərbaycan ilə BƏƏ arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub. İkitərəfli əməkdaşlığın siyasi, iqtisadi, enerji, investisiya və humanitar sahələrdə genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər beynəlxalq və regional məsələlərə dair mövqelərini bölüşüb, qarşılıqlı maraq doğuran mövzular üzrə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.
Görüş Azərbaycan-BƏƏ münasibətlərinin daha da möhkəmlənməsi baxımından əhəmiyyətli qiymətləndirilib.









