
UEFA Çempionlar Liqasının III turunda “Sabah”la qarşılaşacaq Almaniyanın “Borussiya Dortmund” komandası Bakıya yola düşüb.
Qanuntv.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Sabah” və “Borussiya Dortmund” komandaları arasında keçiriləcək qarşılaşmanın start fiti sabah saat 20:45-də Bakı Olimpiya Stadionunda səslənəcək.
Futbol azarkeşlərinin maraqla gözlədiyi görüşdə hər iki komandanın meydana hansı heyətlə çıxacağı və qarşılaşmanın necə nəticələnəcəyi diqqət mərkəzində olacaq.









