
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev azərbaycanlılarla almanların iki əsrlik birgəyaşayış tarixinə həsr olunan “Counterpoint” sənədli filmi barədə paylaşım edib.
Qanuntv.az xəbər verir ki, film Azərbaycan və Almaniya xalqları arasında tarixi əlaqələri, ortaq keçmişi və uzun illər ərzində formalaşmış birgəyaşayış təcrübəsini əks etdirir.
Sənədli film iki xalqın tarixi yaddaşına nəzər salmaqla yanaşı, onların mədəni əlaqələrinin və qarşılıqlı münasibətlərinin öyrənilməsi baxımından da diqqət çəkir.





