
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyanla görüşüb.
QanunTV.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.
Bildirilib ki, görüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüşdən sonra baş tutub.
“Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüşdən sonra Alen Simonyanla sülh gündəliyi ilə bağlı müzakirələr davam etdirildi”, – deyə Hikmət Hacıyev paylaşımında qeyd edib.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh gündəliyi və iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində məsələlərin müzakirə edildiyi bildirilib.





