
Bakının Yasamal rayonunda atla hərəkət edərək təhlükəli vəziyyət yaradan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
QanunTV.az xəbər verir ki, bu barədə Oxu.Az məlumat yayıb.
Məlumata görə, qayda pozuntusuna yol verən S.Şükürlü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülür.
Hadisə paytaxtda ictimai təhlükəsizlik və yol hərəkəti qaydalarına riayət olunması məsələsini yenidən gündəmə gətirib.





