
İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ qeydə alınıb.
Qanuntv.az xəbər verir ki, yerli vaxtla saat 11:35-də qeydə alınan yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ rayonun Zərnəva, Tircan, Lahıc və Həftəsov kəndlərində hiss olunub.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.





