
Mingəçevirdə çoxmənzilli yaşayış binasında yanğın baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə zamanı binanın şaxtasında elektrik kabelləri yanıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin müdaxiləsi nəticəsində alovun mənzillərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı lift şaxtası boyunca təxminən 30 metr elektrik kabeli yanıb.
Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə ediliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.





