
Azərbaycanda çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif olunur.
Qanuntv.az xəbər verir ki, hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Bu kateqoriyaya daxil olan ailələr üçün dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər nəzərdə tutulur.
Milli Məclisin deputatı Vüqar Bayramov müasir dövrün tələbləri nəzərə alınaraq, üç uşaqlı ailələrin də çoxuşaqlı ailə hesab edilməsini təklif edib.
Məsələ ilə bağlı Baku TV paytaxt sakinlərinin fikirlərini öyrənib.
Sakinlərdən biri təklifin vacib olduğunu bildirərək deyib:
“Millətin sabitliyi üçün ailədə ən azı üç uşaq olmalıdır. İki uşaq bunu təmin etmir”.
Digər sakin isə üç uşaqlı ailələr üçün də müəyyən güzəştlərin tətbiq edilməsinin tərəfdarı olduğunu bildirib:
“Olmalıdır, məncə. Vaxtilə olub. Mənim anam da, qayınanam da üç uşağa görə pensiyaya çıxıblar”.
Təklifin gələcəkdə qanunvericilikdə dəyişikliklərə səbəb olub-olmayacağı müzakirələrdən sonra müəyyənləşəcək.





