
Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri son iki gün ərzində Yəmənin husilərin nəzarətində olan ərazilərinə 129 hava zərbəsi endirib.
QanunTV.az xəbər verir ki, bu barədə “TASS” hərəkatın rəsmi nümayəndəsi Yəhya Səriyaya istinadən məlumat yayıb.
Husilərin nümayəndəsinin sözlərinə görə, son 48 saat ərzində Səudiyyə aviasiyası Təz, Mərib, Əl-Hudeydə, Əl-Cauf, Səada, Əmran və Həccə əyalətlərinə zərbələr endirib.
Bildirilib ki, hücumlarda Səudiyyə hərbçilərinin Xamis-Muşayt və Ət-Taifdə yerləşən hərbi bazalarından havaya qalxan “F-15” və “Typhoon” qırıcılarından istifadə olunub.
Yəhya Səriya bildirib ki, “Ənsar Allah” hərəkatı Səudiyyə aviasiyasının zərbələrini cavabsız qoymayacaq.
Qeyd edək ki, məlumat husi hərəkatının nümayəndəsi tərəfindən səsləndirilib və hücumların miqyası ilə bağlı müstəqil təsdiqlənmiş məlumat verilməyib.





