
Şəki şəhərində dörd nəfər küçədə çaqqalın hücumuna məruz qalıb.
Hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib.
Məlumata görə, 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirli küçədə çaqqal tərəfindən dişlənib.
Xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi tibb müəssisəsində davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qanuntv.az





