
Rusiyada ayı hücumuna məruz qalan oğlunu xilas etmək istəyən ata ehtiyatsızlıqdan onu güllələyib.
Qanuntv.az xəbər verir ki, hadisə Rusiyanın Buryatiya Respublikasının Cida rayonunda baş verib.
Məlumata görə, kişi qoyun sürüsünü meşəlik ərazidən uzaqlaşdıran zaman ayının hücumuna məruz qalıb. Hadisəni görən atası oğluna kömək etmək üçün hadisə yerinə gəlib.
Ata ayını qorxutmaq məqsədilə tüfəngdən atəş açıb. Lakin açılan atəşlərdən biri səhvən oğlunun ayağına dəyib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib və əməliyyat olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.





