• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - YENİLƏNİB [xfvalue_red]

29 Ara, 24 - 16:09

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib.

Müsahibəni təqdim edirik.

Jurnalist: Salam cənab Prezident.

Prezident İlham Əliyev: Salam.

Jurnalist: Təəssüf ki, ötən günlərdə bizi dərindən sarsıdan hadisə baş verdi. Dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və bundan sonra hadisələrin inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.

Prezident İlham Əliyev: Mən bu barədə Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən məlumat aldım, məlumatlandırıldım, dərhal göstəriş verdim və təyyarə geri - Bakıya döndü. Bakıya gələn kimi burada hava limanında operativ müşavirə keçirdim. Hələ Bakıya qayıdarkən mənim göstərişimlə Dövlət Komissiyası yaradılmışdır və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir. Çünki onlar dərhal işə başlamalı idilər. İlk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı idilər, yerində müşahidə aparmalı idilər, video və fotomateriallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər.

Eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrup ezam edilmişdi. Baxmayaraq ki, Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmirdi. Eyni zamanda, mənim göstərişimlə Azərbaycan Baş Prokurorluğu cinayət işi açmışdır və bilirəm ki, həm Qazaxıstanda, həm Rusiyada oxşar addımlar atılmışdır.

Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.

Təbii ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Bundan mənim şübhəm yoxdur. Onu da bildirməliyəm ki, Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır.

Ona görə biz həm Qazaxıstan tərəfi ilə sıx təmasda olarkən bu mövqeyimizi bildirdik, həm də Rusiya tərəfinə mövqeyimizi bildirdik ki, ancaq beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılmalıdır və yaradılmışdır. Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Ancaq aparıcı rollarda yox, sadəcə olaraq, işçi qrupun tərkibində olan üzvlər kimi. Yenə də deyirəm, “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək. Məsələn, təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Çünki onu da bildirməliyəm ki, bu, açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır. Çünki xoşbəxtlikdən ekipajın qəhrəmanlığı sayəsində elə hadisə baş verdi ki, təyyarə enə bildi, qəza enişi olsa da, təyyarə enə bildi. Sərnişinlərin bir çoxu xilas edildi, onların ifadələri var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır.

Ona görə də “qara qutu”lar açılandan sonra bilinəcək ki, nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var. Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur. Biz Azərbaycan tərəfi və şəxsən mən maksimum ədalətli olmağa çalışırıq. Biz hansısa tam aydın olmayan məsələləri, bu məsələlər aydınlaşmadan bu barədə fikir söyləmək istəmirik. Ancaq açıq-aydın olan məsələlərdə biz tam qətiyyətlə öz fikrimizi deməliyik, deyirik və deyəcəyik. Mən qəza baş verən gün burada - hava limanında öz çıxışımda söylədim ki, Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu məsələ ilə, bu istintaqın gedişatı ilə bağlı məlumatlandırılacaq və məlumatlandırılır.

-Cənab Prezident, bəs təyyarə ekipajının fəaliyyətini necə qiymətləndirirsiniz?

-Çox yüksək. Bu gün mən vida mərasimində iştirak etdim, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdim. Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq. Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax bu faktdır və bu faktı heç kim dana bilməz. Yenə də biz demirik ki, bu, qəsdən edildi, amma bu, edildi.

Pilotlar və ekipaj üzvləri - onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti, yenə də deyirəm, Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək. Allah ölən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin və biz sağ qalanlara Allahdan şəfa diləyirik. Sağ qalanların böyük hissəsi artıq Bakıdadır. Onlar Qazaxıstanda dərhal müalicə almışlar. Bəziləri hələ ki, müalicə alır və imkan olan kimi onlar da Azərbaycana təxliyə ediləcəklər.

-Cənab Prezident, Siz Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng etdiniz. Müzakirə olunan məsələlər barədə fikrinizi bilmək istərdik. Ümumiyyətlə, məsələ ilə bağlı birgə fəaliyyət aparan Azərbaycan və Qazaxıstan hökumətləri rəsmilərinin bu birgə fəaliyyətini necə qiymətləndirirsiniz?

-Bəli, mən, ilk növbədə, Prezident Tokayevə minnətdarlığımı ifadə etmək üçün zəng etdim. Çünki biz bilirdik və məlumat əldə etmişdik ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Öz həyatlarını risk altına atmışdılar. Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissədə yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər. Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar və buna görə də Prezident Tokayevə mən təşəkkürümü bildirdim. Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi də mən bilirəm ki, Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar. Eyni zamanda, mən Prezident Tokayevlə söhbət zamanı Azərbaycanın istintaqla bağlı mövqeyini də bildirdim və bax, sizə dediyim məsələləri də onun diqqətinə çatdırdım ki, biz beynəlxalq ekspertizanın tərəfdarıyıq və heç cür bu məsələni Dövlətlərarası Aviasiya Komitəsinin sərəncamına verə bilmərik. Bu mövqe də anlayışla qarşılandı. Təbii olaraq, bizim dövlət qurumlarımızın nümayəndələri, komissiyanın üzvləri və rəhbərləri, prokurorluq orqanlarının nümayəndələri daim təmasdadırlar. Qazaxıstan da öz növbəsində Dövlət komissiyası yaratmışdır və Prezident Tokayev söhbət zamanı bu barədə mənə məlumat vermişdi. Onlar da təbii olaraq istəyirlər və çalışırlar ki, məsələ tam təfərrüatları ilə açılsın. Eyni zamanda, mən Prezident Tokayevə də başsağlığı verdim, çünki qəza nəticəsində altı Qazaxıstan vətəndaşı həlak olmuşdu. O da mənə başsağlığı vermişdi. Yəni, bu nə qədər ağır hadisə olsa belə, eyni zamanda, bir sınaq məsələsi idi. Yəni, bu sınaqdan kim necə çıxacaq? Mən şadam ki, yenə də bu faciəyə baxmayaraq, görürəm və əminəm ki, Qazaxıstanda da eyni fikirdədirlər. Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi.

-Qəzadan sonra AZAL şirkəti Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırdı. Bəs, bu qərarın verilməsi hansı zərurətdən irəli gəldi və hazırda işlər necə gedir?

-Bu göstərişi mən vermişəm və bunun əsas səbəbi təbii ki, təhlükəsizlik məsələləridir. Çünki Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanır, orada xüsusi əməliyyat rejimi tətbiq edilir. Onlar buna “kavyor əməliyyatı” deyirlər və birinci sualda dediyim məsələlərə qayıdarkən onu da bildirməliyəm. Bir şeyin də üstü açılmalıdır ki, o “kavyor əməliyyatı” nə vaxt elan edildi? Çünki bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra o “kavyor əməliyyatı” elan edilmişdi. Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört basdır-etmək üçün etdilər.

AZAL-ın uçuşlarına gəldikdə, AZAL Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırdı, müddətsiz olaraq. Eyni zamanda, biz Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırmışıq. Deməli, toplam 10 şəhərlə bizim hava bağlantımız indi dayandırılıb və yenə də deyirəm, burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır. Biz sərnişinlərimizin təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul etmişik və beləliklə, bu vəziyyət elan edildi. Biz nəyi ediriksə açıq-aydın edirik və yenə də deyirəm, bu qərar qəbul edildi və nə vaxt bu uçuşlar bərpa ediləcək, yoxsa yox, xüsusilə Qroznı şəhərinə bərpa ediləcək, yoxsa yox? Çox güman ki, yox. Amma bunu həyat göstərər və Rusiya hava məkanının təhlükəsizlik məsələləri də əlbəttə ki, nəzərə alınacaqdır.

-Cənab Prezident, bəs ümumilikdə Azərbaycanın baş verənlərlə bağlı Rusiyadan gözləntiləri və tələbləri nədən ibarətdir?

-Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək.

-Çox sağ olun, cənab Prezident. Suallarımıza ətraflı şəkildə cavab verdiyiniz üçün minnətdarıq.

-Sağ olun.

***
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - YENİLƏNİB
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - YENİLƏNİB
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - YENİLƏNİB

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Bakıda təyyarə qəzasında həlak olan ekipaj üzvləri ilə vida mərasimi keçirilir
backend
İlham Əliyev: AZAL-a məxsus sərnişin təyyarəsi Rusiya hava məkanında kənar müdaxiləyə məruz qalıb
backend
Təyyarə qəzasında həlak olan stüardessa Hökümə Əliyeva ll Fəxri xiyabanda dəfn olunacaq
backend
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib
backend
Prezident İlham Əliyevin olduğu təyyarə Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:272 951

XƏBƏR LENTİ

Şəmkirdə məktəb direktoru vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4530 May
Çempionlar Liqasının final şəhərində Nəriman Axundzadənin forması maraq doğurdu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:0229 May
Azərbaycanın Suriyada humanitar aksiyası çərçivəsində 1000 ailəyə qurban əti paylanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:0829 May
Xankəndidə Mədəniyyət Mərkəzi yenidən istifadəyə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:0029 May
“Qarabağ”ın iki legioneri milliyə çağırıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4329 May
Asəf Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:1529 May
38 yaşlı Messi ilə bağlı mundial qərarı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4329 May
İran Silahlı Qüvvələri Hörmüz boğazı yaxınlığında xəbərdarlıq atəşi açıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4929 May
Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Nyu-Yorkda Müstəqillik Gününü qeyd edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4229 May
Leyla Əliyevanın Lənkərandan paylaşımı maraq doğurdu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3229 May
İlham Əliyev: “44 günə Ermənistanı kapitulyasiyaya məcbur etdik” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3629 May
Prezident İlham Əliyev Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:0728 May
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün təmir olunan fərdi evlərlə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:0028 May
Prezident İlham Əliyev Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5028 May
Xankəndidə əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzinin açılışı olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4228 May
Prezident İlham Əliyev Böyük Qaladərəsi kəndində aparılan bərpa işləri ilə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3428 May
Prezident İlham Əliyev Efiopiyanın Baş nazirinə təbrik məktubu ünvanlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2628 May
Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1528 May
Toral Bayramov “Qarabağ”la vidalaşdı – “Bursaspor”a transfer rəsmiləşdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0228 May
Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4428 May
İlham Əliyevdən Müstəqillik Günü paylaşımı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3328 May
Zelenskidən İlham Əliyevə Müstəqillik Günü təbriki [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2928 May
Bayram günü kabab bişirmək istəyi ana və oğluna baha başa gəldi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:1627 May
"Şərur MTK" tərəfindən növbəti xeyirxah addım [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:0427 May
Qusarda axtarışda olan şəxs saxlanılarkən polisə silahlı müqavimət göstərib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3427 May
Ülviyyə Həmzəyeva yenidən Rəssamlar Birliyinin sədri seçilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3227 May
Türkiyədə qanunsuz miqrantlar saxlanılıb – Azərbaycan vətəndaşları da var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2327 May
Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasında çıxış edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1927 May
Ceyhun Bayramov Nyu-Yorkda Pakistanın XİN rəhbəri ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0027 May
Abşeron və Sumqayıtın iki şagirdi buraxılış imtahanında 300 bal toplayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5127 May
Aleksandar Vuçiç İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4727 May
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda sənətkar Samir Həbibovun emalatxanasında olublar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5427 May
Leyla Əliyeva və Arzu Əliyeva Lənkərandakı uşaq evini ziyarət etdilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:0026 May
İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:5326 May
İlham Əliyev elm və mədəniyyət sahəsində Dövlət Mükafatlarının sahiblərini açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:4626 May
Sabunçu Tibb Mərkəzinə yeni direktor təyin edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:3626 May
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:2726 May
Milli Məclis gender bərabərliyi üzrə 2025 hesabatını qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:2426 May
Bakıda 8 yaşlı uşaq binadan yıxılaraq həyatını itirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5226 May
İlham Əliyev Gürcüstan prezidentini təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4426 May
Netanyahu Qüdsdə xəstəxanaya yerləşdirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3226 May
Ağsuda dəhşətli qəza: Ölən və yaralananlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1726 May
İlham Əliyev: “Məqsəd taxıl və pambıq üzrə məhsuldarlığı 5 tona çatdırmaqdır” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4726 May
Putin yeni qanunu imzaladı: Rusiya vətəndaşlarının müdafiəsi üçün ordu göndərilə biləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3626 May
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə