
Azərbaycanda 241 məktəbdən 7 432 şagird PISA 2025 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edib.
Qanuntv.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə deyib.
Nazir bildirib ki, PISA tədqiqatı 91 ölkə və iqtisadiyyatdan 760 min şagirdi əhatə edir.
Onun sözlərinə görə, PISA 15 yaşlı şagirdlərin oxu savadlılığı, riyazi savadlılıq və təbiət elmləri istiqamətləri üzrə bilik və bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqatdır.
Emin Əmrullayev qeyd edib ki, PISA 2018 və PISA 2022 tədqiqatlarında Azərbaycanın iştirakı Bakı şəhəri ilə məhdudlaşıb. PISA 2025-də isə ölkənin bütün iqtisadi rayonlarının əhatə olunması təmin edilib.





